AZ

Deputat Qərb agenturasının zərərsizləşdirilməsindən danışdı

Bakı. Trend:

İllər əvvəl qonşu Gürcüstan qapılarını imperializminmissionerlərinə açarkən, Azərbaycan Qərbin də, Şərqin də, Şimalında, Cənubun da ölkəmizdə möhkəmlətmək istədiyi təsir rıçaqlarınıtam zərərsizləşdirməyə nail oldu. Nəticədə Gürcüstan, Ukrayna kimidövlətlərin qoynunda böyüyən şişirdilmiş “vətəndaş cəmiyyəti”instututları Qərb agenturası qismində bu dövlət və xalqın iradəsiüzərində kvazi nəzarət uğrunda mübarizəyə başlayarkən Azərbaycanözünün sabit inkişaf yoluna qədəm qoyub.

Trend xəbərverir ki, bunu bu gün Milli Məclisin 2025-ci il yaz sessiyasınınilk plenar iclasında çıxışı zamanı deputat Bəhruz Məhərrəmovdeyib.

Deputat vurğulayıb ki, Avropaya vizasız gedib gəlmək ideallarıilə yaşayanların əksinə Azərbaycan potensialını sonrakı dövrdəmüstəqillik və suverenliyimizin qarantına çevriləcək layihələryönəltdi.

“Bir vaxtlar enerji və nəqliyyat layihələrimizə qarşı çıxanlarartıq həmin layihələrin faktiki benefisiarlarına çevriliblər və ənazı elə bu fakt Azərbaycanın regionda əməkdaşlığın vətəhlükəsizliyin qarantı funksiyasını üstləndiyini göstərir.

Təbii ki, insan haqları və demokratiya anlayışlarına bürünübregiona burnunu soxmaq istəyənlər üçün bu əlverişli konfiqurasiyadeyil. AŞPA-nın Azərbaycanın ardınca Gürcüstanla da münasibətləriniqoparması isə göstərir ki, Qərb üçün girib diktə edə bilmədiyibütün mətbəxlər çirklidir, Qərbin marionetinə çevrilməyən bütünliderlər avtoritar, ölkələr isə qeyri demokratikdir.

Bütövlükdə beynəlxlaq ictimaiyyət fərqində olmalıdır ki,Fransanın müstəmləklərində yüzminlərlə insanı soyqırıma məruzqoymaqda davam etməsinə göz yuman AŞPA, Avropa Parlamenti kimitəsisatlar, qlobal insan haqları təşkilatları, Azərbaycanda siyasiməhbus ovuna çıxılması, səviyyəsiz, kimə işlədiyini özü də dərketməyən kuklaları qəhrəman elan etməsi insan haqqını qorumaq yox,insan haqqına girməkdir”, - deyə B.Məhərrəmov qeyd edib.

Məqalədə:
Seçilən
19
az.trend.az

1Mənbələr