AZ

Suriyada bomba yüklü avtomobil partlayıb, 15 nəfər ölüb

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Suriyanın Mənbic şəhərində bomba yüklü avtomobilin partladılması nəticəsində 15 nəfər ölüb.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat verib.

Bildirilib ki, Mənbic şəhərinin kənarında əsas yolda bomba yüklü avtomobilin partlaması nəticəsində 14 qadın və bir kişi ölüb. Eyni zamanda 15 nəfər yaralanıb. Məlumatda qeyd olunub ki, ölənlərin hamısı kənd təsərrüfatı işçiləri olub.
Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.
Seçilən
21
operativmedia.az

1Mənbələr