AZ

Zelenski: Rusiya, İran və Şimali Koreya Ukraynaya və bütün Qərbə qarşı ittifaq yaradır

Ukrayna lideri Volodimir Zelenski Rusiya, İran və Şimali Koreyanın Kiyevə və bütün Qərbə qarşı konkret ittifaq yaratdığını iddia edib...

Poliqon xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya İran və Şimali Koreyanı cəlb etməklə onilliklər ərzində ilk dəfə müttəfiqliyini rəsmi şəkildə nümayiş etdirib. Zelenski qeyd edib ki, ölkələr arasında əvvəllər də əlaqələr olub, lakin bu gün onlar silah və sursat verməklə Ukraynadakı münaqişəyə yardım edirlər.

"Bu gün Şimali Koreya, Rusiyaİran Ukraynaya və bütün Qərbə qarşı konkret ittifaq yaradırlar. Hesab edirəm ki, bu, həqiqətən də Birləşmiş Ştatlara qarşı ittifaqdır. Bu, çox təhlükəlidir", deyə Zelenski bildirib.

Bir gün əvvəl Zelenski həmçinin bəyan etmişdi ki, üçüncü dövlətlər tərəfindən Rusiyaya qarşı sanksiyaların pozulması Kiyevə qarşı münaqişədə şəriklik kimi qiymətləndirilməlidir.

Zelenskinin sözlərinə görə, Rusiya silahlarının tərkibində xarici komponentlər var, ona görə də məhdudiyyətlər o qədər güclü olmalıdır ki, onlardan yan keçmək mümkün deyil. Ukrayna lideri bildirib ki, Rusiyanı müdafiə istehsalı üçün kritik komponentlərlə təmin etmək üçün heç bir yol olmamalıdır.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr