AZ

Kanada ABŞ istehsalı olan spirtli içkilərə qadağa tətbiq edir

Kanadanın bəzi əyalətlərinin rəhbərləri ABŞ istehsalı olan spirtli içkilərin satışına qadağalar tətbiq etməyə başlayıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Globe and Mail” qəzeti məlumat yayıb.

Buna səbəb ABŞ Prezidenti Donald Trampın Kanada mallarına 25 % ticarət rüsumları tətbiq etmək barədə elanı olub.

Britaniya Kolumbiyası, Ontario, Kvebek, Nova Skotiya, Manitoba, Nyufaundlend və Labrador və Şimal-Qərb Əraziləri əyalətləri ABŞ istehsalı olan spirtli içkilərin satışına qadağalar və ya məhdudiyyətlər elan ediblər.

Bəzi regionların rəhbərləri ABŞ-yə qarşı digər tədbirlər də elan ediblər.

Ontario əyalətinin rəhbəri Daq Fordun sözlərinə görə, bütün ABŞ şərabları, spirtli içkilər və pivələr Spirtli İçkilərə Nəzarət Şurasının topdansatış kataloqundan çıxarılacaq. Məhdudiyyətlər ABŞ-nin 35 ştatından 3,6 mindən çox məhsul adına şamil ediləcək. D.Ford istehlakçıları Kanadada istehsal olunan məhsullara keçməyə çağırıb.

Seçilən
7
3
report.az

4Mənbələr