Moskvanın şimal-qərbində yerləşən yaşayış kompleksində partlayış baş verib.
“Qafqazinfo” “interfax.ru”ya istinadən xəbər verir ki, partlayış nəticəsində bir nəfər ölüb.
İlkin məlumata görə, 4 nəfər yaralanıb.
Moskva Prokurorluğundan bildirilib ki, Aviatsionnaya küçəsindəki yaşayış kompleksində insidentin baş vermə şəraitinin müəyyən edilməsi araşdırılır.