AZ

SOCAR və “Yokogawa Europe” daunstrim dəyər zəncirinin optimallaşdırılmasını müzakirə ediblər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Yokogawa Europe B.V.”arasında icraçı seminar təşkil olunub. Trend bu barədə SOCAR-aistinadən məlumat verir.

Məlumata görə, SOCAR və “Yokogawa Europe B.V.” arasındaimzalanan Anlaşma Memorandumu çərçivəsində SOCAR-ın stratejirəhbərləri və aparıcı mütəxəssislərinin iştirakı ilə “ExecutiveWorkshop” (icraçı seminar) təşkil olunub.

Seminarda daunstrim dəyər zəncirinin optimallaşdırılması,modernizasiyası və genişləndirilməsi layihələri, enerjisəmərəliliyi, rəqəmsallaşma və dekarbonizasiya mövzularında genişmüzakirə edilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Məlumat üçün bildirək ki, ötən ilin dekabr ayında SOCAR və“Yokogawa Electric” şirkəti arasında Anlaşma Memorandumuimzalanıb.

Memorandum şirkətlərarası əməkdaşlığın genişləndirilməsininəzərdə tutur. Sənədə əsasən, tərəflər istehsalınoptimallaşdırılması, enerji səmərəliliyinin artırılması,dekarbonizasiya fəaliyyəti, emissiyaların azaldılması, habelərəqəmsallaşdırma və digər istiqamətlərdə əməkdaşlıq edəcək, birgəlayihələrin icrası imkanlarını araşdıracaqlar.

Məqalədə:
Seçilən
41
4
az.trend.az

2Mənbələr