AZ

WSJ: Trampın yeni tarifləri amerikalıların yaşayış standartlarına zərbə vuracaq

ABŞ prezidenti Donald Trampın Meksika, Kanada və Çinə tətbiq etdiyi yeni rüsumlar hələ qüvvəyə minməmiş amerikalıların həyat standartlarına zərbə vurur...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal yazıb.

Nəşrin yazdığına görə, Trampın özü demişdi ki, onun yeniliyi amerikalılara ağrı verə bilər, lakin bundan sonra qızıl dövrün başlanması təmin olunacaq.

Müəllif əmin olduğunu bildirib ki, ABŞ-ın Meksika və Kanadaya tariflərinin vurduğu zərbə heç bir ölkənin və ya sənayenin özünü təhlükəsiz hiss edə bilməyəcəyi faktını təsdiqləyir.

Bazar ertəsi New York Post Kanada və Meksikanın mallarına rüsumlar tətbiq edən ABŞ prezidenti Donald Trampa qarşı birgə mübarizə apardığını bildirob. Bu ölkələr ABŞ mallarına 25 faiz rüsum tətbiq etmək qərarına gəliblər.

Nəşr qeyd edib ki, Meksika və Kanada digər ölkələrlə müqayisədə daha çox Amerika malları idxal edir və Trampın hərəkətlərinə öz cavab tariflərini tətbiq etməklə tez cavab verib.

Poliqon.info

Seçilən
4
poliqon.info

1Mənbələr