AZ

"İnter" Suçiçi aldı

Zaqreb "Dinamo"sunun hücumçusu Petar Suçiç karyerasını "İnter"də davam etdirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu 21 yaşlı xorvatiyalının özü ilə razılığa gəlib.

Bildirilib ki, klub rəhbərləri də transfer ilə bağlı razılaşıblar.

"İnter" transfer üçün 14 milyon avro və 2 milyon bonus ödəyəcək.

Petar Suçiçin transferi iyunda baş tutacaq və o, cari mövsümün sonuna qədər hazırkı klubunda qalacaq.

Seçilən
30
operativmm.az

1Mənbələr