AZ

AZAL Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırıb

Bakı. Trend:

Son zamanlar, o cümlədən bu gün Rusiyanın Həştərxan şəhəriüzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindənAzərbaycan Hava Yolları (AZAL) aviaşirkəti uçuşlarıntəhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Həştərxan-Bakımarşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.

Bu barədə Trend-ə AZAL-dan bildirilib.

Bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geriqaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququnamalikdirlər. Bunun üçün onlar [email protected] elektron poçtünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir vəsərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.

Məqalədə:
Seçilən
28
49
az.trend.az

7Mənbələr