AZ

Daha bir nəfər dəm qazından ölüb

Daha

Qazax rayonunda mənzildən 33 yaşlı kişinin meyiti aşkarlanıb.

Məlumata görə, Qazax rayon sakini, 1992-ci il təvəllüdlü E.Ocaqverdiyevin meyiti yaşadığı evdə tapılıb.

Evin hamam otağında meyiti tapılan şəxsin dəm qazından boğularaq öldüyü ehtimal olunur.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.
Seçilən
38
reyting.az

1Mənbələr