AZ

Mikayıl Müşfiqin muzeyinə pianino və tar hədiyyə etdi

Əməkdar artist Elza Seyidcahan görkəmli şair Mikayıl Müşfiqin Xızının Sayadlar kəndində yerləşən ev muzeyini ziyarət edib. O, muzeyə pianino, tar, stul və bir neçə digər əşya hədiyyə edib.

Seyidcahan bildirib ki, bir müddət əvvəl muzeyə ziyarəti zamanı Müşfiqin “Oxu, tar” şeirinə ilham verən tarın olmadığını görüb və bu səbəbdən musiqi alətləri bağışlamaq qərarına gəlib:

"Mikayıl Müşfiqin yaradıcılığı məni hər zaman duyğulandırıb. Musiqi və poeziya bir-birini tamamlayan sənət sahələridir. Bu arzumu həyata keçirdiyim üçün xoşbəxtəm," – deyə sənətçi vurğulayıb.

Ziyarət zamanı o, pianino arxasında musiqi də ifa edib.


Telegram kanalımız
Seçilən
23
1
yenisabah.az

2Mənbələr