Halikarnas Balıqçısı (Cevat Şakir Kabaağaçlı), türk ədəbiyyatının məşhur romançılarından olan rəssam Fahrünnisa Zeid, Türkiyənin ilk qadın oyma sənətçisi Aliye Berger və Füreyanın da olduğu bir ailənin sirlərini izlədiyimiz "Şakir Paşa Ailəsi: Möcüzələr və Skandallar" serialı hər bölümü geniş müzakirələrə səbəb olur.
News24.az xəbər verir ki, dünən yeni bölümü yayımlanan serialda Şakir Paşa ilə gəlini Aniesi arasında öpüşmə səhnəsi tamaşaçıları çox qəzəbləndirib. Sosial şəbəkələrdə minlərlə şərh yazılıb.
Yazılan şərhlərdən bəziləri aşağıdakılardır:
- Hər şeyi bu qədər normallaşdırdıqlarını qəbul edə bilmirəm.
- Görmədiyimiz tək şey budur, bunu da gördük.
- Cəmiyyətin mənəvi strukturunu kökündən məhv edirlər.
Günel Məlikzadə