AZ

Moskvada yaşayış binasında partlayış baş verib- 1 ölü, yaralı var

Moskvanın şimal-qərbində elit yaşayış kompleksində baş verən partlayış nəticəsində bir nəfər ölüb.

Busaat.az xəbər verir ki, təcili yardım xidmətləri “İnterfaks”a bildiriblər ki, ölən şəxs kişidir.İlkin məlumata görə, daha 4 nəfər xəsarət alıb.

Moskva Prokurorluğundan jurnalistlərə bildirilib ki, idarə Aviatsionnaya küçəsində yerləşən “Alie Parusa” yaşayış kompleksində baş verən insidentin hansı şəraitdə baş verdiyini araşdırır.

Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva İdarəsi hadisə ilə bağlı cinayət işinin açıldığını açıqlasa da, hansı maddə ilə göstərildiyini açıqlamayıb. İnterfaks-ın başqa bir mənbəsi daha əvvəl məlumat vermişdi ki, çox güman ki, binanın girişi yaxınlığında qumbara partlayıb.

Seçilən
15
busaat.az

1Mənbələr