Bakı. Trend:
Azərbaycan Suriyada bərpa və quruculuq işində yaxından iştiraketməlidir. Düşünürəm ki, Azərbaycanın prioritetlərindən biri Şərqdəxarici siyasətlə bağlı yeni ideyaların müəyyənləşməsidir. Prezidentİlham Əliyev qeyd etdi ki, biz qardaş Türkiyə ilə birlikdəSuriyanın bərpası məsələsində yaxından iştirak etməliyik
Trend xəbərverir ki, bunu bu gün Milli Məclisin 2025-ci il yaz sessiyasınınilk plenar iclasında çıxışı zamanı deputat Hikmət Babaoğludeyib.
“Azərbaycanın maarif və ictimai institutları bu məsələyə xüsusifokuslanmalıdırlar. Çünki Suriya bizim üçün uzaq coğrafiya deyil.Əgər 14-cü əsrdə Nəsimi Hələbə gedirdisə, deməli, Nəsimini Hələbəaparan səbəb Hələbin Azərbaycanın etnomədəni, din coğrafiyasınındavamı olması idi. Bu gün də Nəsiminin məzarı hələ də Hələbdədirsə,deməli, onun məzarının olduğu yer bizim üçün mənəvi vətəndir. Onagörə də düşünürəm ki, Suriya və Yaxın Şərqlə Azərbaycanmünasibətlərinin yeni perspektivləri yaranıb”, - o bildirib.