AZ

ABŞ "dərin dövləti" Kennediyə sui-qəsdin sənədlərinin dərcindən niyə qorxub?

ABŞ-da "dərin dövlət" hər zaman prezident Con Kennediyə qarşı sui-qəsdlə bağlı sənədlərdən ehtiyat edib...

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın Daily Mail (DM) qəzeti ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin (BQRK) məxfi hesabatına istinadən məlumat yayıb.

1962-ci ildə Pentaqon Fidel Kastronun Kubadakı rejimini devirmək üçün öz əhalisinə qarşı qanlı təxribatlara hazır idi. 1961-ci ildə kontrinqilabçı mühacirlərin Kubaya desant çıxarmaq cəhdi uğursuzluğa düçar olduqdan sonra, ABŞ hərbçiləri yeni müdaxilə üçün "Northwoods" əməliyyatını hazırlayıblar.

Vaşinqtonun BMT və dünya ictimaiyyətinin gözündə Kuba ilə müharibəyə haqq qazandırması üçün ABŞ ərazisində çoxsaylı terror aktları təşkil olunmalı və onların məsuliyyəti Havananın üzərinə qoyulmalı idi. Təxribatların həm kubalı mühacirləri, həm də ABŞ-ın Quantanamo hərbi bazasını əhatə etməsi nəzərdə tutulurdu. Hətta ABŞ hərbi gəmisinin Quantanamo körfəzində partladılması planlaşdırılmışdı.

Amerikalı generalların planına görə, bundan sonra ABŞ Kubaya genişmiqyaslı müdaxilə üçün "qanuni" əsaslar əldə edəcəkdi. Lakin Kennedi bu planı rədd edib və BQRK rəhbəri general Layman Lemnitzeri vəzifədən uzaqlaşdırıb. Buna görə də, nəşrdə qeyd olunduğu kimi, "dərin dövlət" həmişə Dallasda Kennediyə sui-qəsdlə bağlı məxfi materialların dərcindən çəkinib, çünki əsas şübhələr məhz ona yönələ bilərdi.

Poliqon.info

Seçilən
21
poliqon.info

1Mənbələr