AZ

"Azərbaycan gənci xarici qüvvələrin əsas hədəf kütləsidir"

Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.

Modern.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov parlamentin yaz sessiyasının ilk iclasında çıxışı zamanı deyib.

Deputat vurğulayıb ki, bu gün bütün dünyada olduğu kimi Azərbaycan gənci xarici qüvvələrin əsas hədəf kütləsidir:

"Hər bir gənc dövlətin diqqət və qayğısını yüksək qiymətləndirməli, onlar üçün yaradılan fürsət və imkanların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyət üçün faydalı olmağa çalışmalıdır. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur".

Seçilən
27
7
modern.az

8Mənbələr