AZ

İrəvanda "Qarabağ" oxundu, Ermənistan iç üzünü bir daha göstərdi

Bakı. Trend:

İrəvanın mərkəzində baş verən hadisə erməni siyasi elitasınınikiüzlülüyünü və cəmiyyətin iyrənc, çirkin və eybəcər fobiyalarınıaçıq-aşkar üzə çıxardı. İranın Azərbaycan əsilli bir qrupvətəndaşının İrəvanın mərkəzindəki Respublika Meydanında məşhur“Qarabağ” mahnısını ifa etməsi, Ermənistanda sanki milli təhlükəsiqnalı kimi qəbul olundu.

Nə baş verdi? Azad sözün milli fobiyalar çərçivəsində boğulduğu,"demokratiya"nın isə yalnız formal bir pərdə olduğu bir ölkədəgözlənilən nəticə: repressiya, təqiblər, həbslər və media iləsosial şəbəkələrdə əməllicə isteriya!

Ermənistanın Milli Təhlükəsizlik Xidməti bu hadisəyə elə sürətləreaksiya verdi ki, sanki ölkəyə real bir təhlükə yaranmışdı.Mahnının ifa edildiyi videonun sosial şəbəkələrdə yayılmasındandərhal sonra "cinayətkarlar"ın axtarışına başlanıldı. Günahları nəidi? Sadəcə olaraq Milad Kaqramaniafşar, Behzad Qafari Şabanlu,Mehdi Məhəmmədi, Həmid Əzizi Maliki və Nadir Qafari adlı şəxslərazərbaycanca mahnı oxumuşdular. Onlardan biri hətta "xuliqanlıq"ittihamı ilə həbs edildi.

Gerçəkdən? Azərbaycanca mahnı oxumaq artıq Ermənistandaxuliqanlıq sayılır? Yoxsa bu, Ermənistanın Cinayət Məcəlləsinəedilən yeni "düzəliş"dir ki, azərbaycanlı mədəniyyətinə mənsubolmaq artıq ağırlaşdırıcı hal kimi qəbul edilir?

Bununla da bitmədi.

İrəvandakı "Müstəqil Strateji Araşdırmalar Mərkəzi"nin rəhbəriQərib Babayana qarşı da cinayət işi açılıb, səbəb isə həmin"təhlükəli" videonu sosial şəbəkədə paylaşmasıdır. Ona qarşı irəlisürülən ittiham – "nifrət və düşmənçilik yaymaq"dır (ErmənistanCM-nin 329-cu maddəsi).

Burada bir an dayanaq: Qarabağ haqqında bir mahnı necə "nifrətyaymaq" ola bilər? Əgər Ermənistan özü Qarabağın Azərbaycanınayrılmaz hissəsi olduğunu tanıyıbsa, o zaman bu mahnı kimə və nəyətəhlükə yaradır?

2023-cü ildə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanınərazi bütövlüyünü, o cümlədən Qarabağı da tanıdığını rəsmi şəkildəbəyan etdi. Kağız üzərində hər şey qaydasındadır. Amma reallıqdaisə nifrət ideologiyası dövlət siyasətinin bir parçası olaraqqalır. Ermənistanın məhkəmələri, hüquq-mühafizə orqanları hələ dəsovetdənqalma düşüncə tərzi ilə idarə olunur: azərbaycanlımədəniyyəti - "təhlükə", Azərbaycan musiqisi - "təxribat",Azərbaycan bayrağı - "çağırış".

Bu, sadəcə bir paradoks deyil. Bu, diaqnozdur. Ermənistanbeynəlxalq arenada sülhsevər ölkə kimi görünməyə çalışır, ammadaxildə millətçilik və etnik dözümsüzlük ideologiyasını bəsləyir.İkiüzlülük? Bəli, amma bu artıq "standart" deyil, Ermənistanınsiyasi varlığının əsas mahiyyətidir.

"Qarabağ" mahnısının ifası ilə bağlı insident Ermənistancəmiyyətinin hələ də milli fobiyalar və komplekslər içindəboğulduğunu sübut etdi. Əgər rəsmi olaraq Qarabağ Azərbaycanın birhissəsi kimi tanınıbsa, onda niyə azərbaycanca bir mahnı oxumaqcinayət sayılır? Cavab sadədir: Ermənistan hələ də özfobiyalarından azad ola bilməyib. Azərbaycana qarşı düşmənçilikideologiyası onilliklər ərzində erməni cəmiyyətinin beyninəyeridilib.

Burada tanış bir fiqur yenidən səhnəyə çıxır - lənətə gəlmiş,murdar Qaregin Njdə. İkinci Dünya Müharibəsində nasist Almaniyasıilə əməkdaşlıq etmiş bir rəzil erməni millətçisi. Onun iyrəncideyaları bu gün də Ermənistanın dövlət ideologiyasının əsasınıtəşkil edir. İrəvanın küçələrində Njdə heykəlləri, məktəbdərsliklərində onun "tsexakron", yəni "erməni üstünlüyü" haqqındatəbliğatları - bunlar təkcə bir şəxsin kultu deyil, ermənidövlətçiliyinin ideoloji təməlidir.

2016-cı ildə İrəvanda beynəlxalq qınaqlara baxmayaraq, Njdəyəböyük bir abidə ucaldıldı.

Belədə sual yaranır: faşistlərin sadiq köpəyini "milli qəhrəman"kimi təqdim edən bir ölkə tolerantlıq və demokratiya haqqında necədanışa bilər? Əsla, heç cür! Çünki Ermənistan demokratiya ilə bağlıdeyil. Ermənistan qorxu ilə bağlıdır. Həqiqətdən qorxmaq, qonşumədəniyyətdən qorxmaq, öz tarixindən qorxmaq, uydurma və yalan"tarix"lə toxtaqlıq taparaq idiotcasına öyünmək - Ermənistanın əsasxüsusiyyətləridir.

Ermənistan dünyaya "demokratik dəyərlər"dən danışır, ammaəslində millətçi paranoyanın hökm sürdüyü bir ölkədir. "Njdeizm"ideologiyasının təsiri altında erməni radikalları mütəmadi olaraqAzərbaycana və onun mədəniyyətinə qarşı təxribatlar həyatakeçirirlər. Bu nifrət aktları təsadüfi deyil, dövlət siyasətininsistemli bir hissəsidir. Keçmişə kult, şovinizm və etnikdözümsüzlük Ermənistanın ictimai həyatının əsas "dəyərləri" kimiqalır.

İrəvanda bir mahnıya görə adam həbs edilirsə, bu ölkənin sülhəvə demokratiyaya nə qədər "hazır" olduğunu düşünmək artıqgülüncdür. Ermənistanın problemi Qarabağda deyil. Ermənistanınproblemi öz içindədir – tarixə saplanıb qalan, nifrət üzərindəqurulmuş bir ideologiya ilə idarə olunan bir ölkədir. Və belə birölkə nə sülhə, nə də tərəqqiyə hazır deyil.

Faktları xatırlayaq.

2021-ci il: Ermənistanda azərbaycanlılara qarşı törədilmişterror aktlarında iştirak etmiş şəxslərə abidələr ucaldıldı. Bu"qəhrəmanlar" tarixdən gələn əfsanəvi fiqurlar deyil, nifrət vəzorakılıqları ilə tanınan real cinayətkarlardır.

2023-cü il: İrəvanda keçirilən ağır atletika üzrə Avropaçempionatı zamanı erməni azarkeşləri Azərbaycan bayrağınınümayişkaranə şəkildə yandırdılar. Bu hərəkət təkcə Azərbaycanadeyil, sivil dünyanın fundamental dəyərlərinə qarşı açıq birçağırış idi.

Ermənistan mediasında Azərbaycana qarşı davamlı demonizasiyakampaniyası aparılır. Bakı tərəfindən irəli sürülən heç bir sülhtəşəbbüsü ciddi qəbul edilmir. Bunun əvəzində, erməni informasiyaməkanında Azərbaycanı "əbədi təhlükə" kimi göstərən mifləryayılır.

Ermənistan tarixi fobiyaların və millətçi miflərin əsiri olaraqseçim qarşısındadır: ya qonşularla münasibətləri normallaşdırmaqyolunu tutmalı, ya da keçmişin qaranlığında boğulmağa davametməlidir. "Njdeizm" ideologiyası Ermənistan cəmiyyətində dərinköklərə malik olduğu müddətdə ölkənin xarici dünya ilə inteqrasiyacəhdləri iflasa uğrayacaq.

Belə bir ölkənin gələcəyi necə ola bilər? Terrorçuların qəhrəmankimi tərənnüm edildiyi, Azərbaycan mahnısının oxunmasının dövlətüçün təhlükə sayıldığı bir ölkə, təkamül və sülh deyil, təcrid,deqradasiya və bitməz-tükənməz daxili münaqişələr yoluna qədəmqoyur. Dərin siyasi transformasiyalar, millətçi təbliğatdan imtinavə siyasətin köklü şəkildə yenidən qiymətləndirilməsi olmadanErmənistan nifrət və paranoya dairəsində dövr etməyə davamedəcək.

Nikol Paşinyan və dəstəsi demokratiya, insan hüquqları və sözazadlığı ilə bağlı pafoslu bəyanatlar verməyi, şüarçılıqla məşğulolmağı sevir. Amma reallıqda bu sözlərin arxasında polis dövlətininrepressiv mexanizmləri dayanır. İran vətəndaşlarının Azərbaycanmahnısı ifa etdiklərinə görə həbs edilməsi və blogerin həminvideonu paylaşdığı üçün təqib edilməsi Ermənistanın müasirdemokratik standartlara uyğunlaşa bilmədiyini bir daha sübutedir.

Bu, tək-tək hadisələr deyil. Bu, sistematik bir problemdir.Ermənistan uzunmüddətli sülh qurmaq iqtidarında deyil, çünki onundaxili siyasi mexanizmləri nifrəti bəsləyir, dialoqu deyil.Azərbaycan mədəniyyətinin hər hansı bir elementi Ermənistandatəhlükə kimi qəbul olunur və dərhal "zərərsizləşdirilməlidir".

Beynəlxalq arenada Ermənistan özünü müasir, demokratik ölkə kimigöstərməyə çalışır. Lakin daxili reallıq tamamilə fərqlidir:avtoritar idarəçilik, sistemli repressiyalar və azad fikrə qarşıamansız münasibət.

Müxalif fikrə qarşı repressiyalar artıq norma halını alıb. Rəsmiideologiyadan kənara çıxmaq dövlətə qarşı "təhdid" kimi qəbuledilir.

Müstəqil mediaya təzyiqlər planlı şəkildə həyata keçirilir,senzura və jurnalistlərin qorxudulması adi hala çevrilib.

Sərt cəza tədbirləri fərqli düşünmək "cəsarətini" göstərənlərəqarşı tətbiq edilir. Bu, Ermənistanın real demokratiyaya nə qədəruzaq olduğunu göstərir.

Azərbaycan mahnısını ifa etdiklərinə görə insanları həbs etməkErmənistanda istisna deyil. Bu, qanundur. Bu, Ermənistanınreallığıdır. Azad sözün Azərbaycanın mədəniyyətinə toxunan yerdəbitdiyi, mahnının "cinayət", faşist kollaborasionistlərinin isə"milli qəhrəman" olduğu bir ölkədir.

İrəvanda azərbaycanlı mahnısını ifa etdikləri üçün iranlıvətəndaşların həbs edilməsi təkcə repressiv siyasətin daha birnümunəsi deyil. Bu, Ermənistanın Zəngəzur dəhlizi kimi stratejiəhəmiyyətli bir marşrut üzərində nəzarətə layiq olmadığını göstərənaçıq sübutdur. İnsanların mədəni ifadə azadlığına görə zindanaatıldığı bir ölkə nə azad hərəkət, nə də təhlükəsizlik və sabitliktəmin edə bilər.

Zəngəzur dəhlizi sadəcə bir nəqliyyat marşrutu deyil. Bu,Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən stratejiarteriyadır və regionun ticarət, logistika və iqtisadiinteqrasiyası üçün yeni imkanlar açır. Lakin bu dəhliz üzərindəErmənistanın nəzarəti onun səmərəli fəaliyyətinə birbaşa təhlükəyaradır.

Niyə?

Çünki insanları sadəcə mahnı ifa etdiklərinə görə hədəf alan birdövlətin, beynəlxalq ticarət və tranzit marşrutlarını obyektiv vəədalətli şəkildə idarə edəcəyinə inanmaq sadəlövhlük olardı.

Ermənistan dəhlizi Azərbaycan və tərəfdaşlarına qarşı təzyiqvasitəsinə çevirə bilər.

Rəsmi İrəvan bu dəhlizi regionda geosiyasi şərtlər irəli sürməküçün bir alət kimi istifadə edə bilər.

Nikol Paşinyan və dəstəsi Ermənistanda etnik və mədənidözümsüzlük siyasəti yürütdüyü müddətdə dəhlizin təhlükəsizliyitəmin edilə bilməz.

Ermənistan tarixdən dərs çıxarmaq və nifrət ideologiyasındanimtina etmək əvəzinə, özünü milli fobiyalar içində məhdudlaşdırır.Bu, təkcə Ermənistanın özünü deyil, bütöv regionun sabitliyini dətəhlükə altına qoyur. Zəngəzur dəhlizi Ermənistanın nəzarətindəqaldıqca, regionda sabitlik yox, gərginlik hökm sürəcək.Azərbaycanın sülhə və əməkdaşlığa yönəlmiş təşəbbüsləri qarşısındaErmənistanın sərgilədiyi destruktiv mövqe bir daha sübut edir ki,bu ölkə strateji layihələrin etibarlı tərəfdaşı ola bilməz.

Niyə?

Çünki insanları sadəcə bir mahnıya görə təqib edən bir dövlət,azad hərəkət prinsipini təmin etmək iqtidarında deyil. Ermənistanhakimiyyəti mədəni, siyasi və iqtisadi azadlıqlara münasibətiniartıq dəfələrlə nümayiş etdirib. Musiqiyə görə insanları həbsetməkdən çəkinməyən bir rejimin strateji bir dəhlizi obyektiv vəədalətli şəkildə idarə edəcəyini düşünmək sadəlövhlük, həttatəhlükəlidir.

Ermənistanın Zəngəzur dəhlizi üzərində nəzarəti region üçünciddi risklər yaradır. Burada söhbət təkcə yük daşımalarınıngecikməsindən və ya bürokratik maneələrdən getmir. MəsələErmənistanın bu dəhlizi Azərbaycan və onun müttəfiqlərinə qarşıtəzyiq vasitəsinə çevirmək potensialındadır.

Ermənistan beynəlxalq ticarət zəncirlərini pozaraq yükdaşımalarına süni maneələr yarada bilər.

Dəhliz Bakı ilə danışıqlarda təzyiq vasitəsi kimi istifadə ediləbilər. Ermənistan, marşrutu bağlamaq təhdidi ilə öz şərtlərinidiktə etməyə çalışa bilər.

Fərqli düşünənlərə qarşı repressiyalardan çəkinməyən birhökumətin, vətəndaşlar və biznes üçün tranzit marşrutlarınıntəhlükəsizliyini təmin edəcəyinə inanmaq çətindir.

Təcrübə göstərir ki, Ermənistan beynəlxalq razılaşmalarısistematik şəkildə pozur. Bu, təsadüfi insidentlər deyil, köklü birproblemdir. Qısamüddətli siyasi maraqlar və millətçi ambisiyalarnaminə öz öhdəliklərindən asanlıqla imtina edən bir ölkə, stratejibir dəhlizin idarə olunmasında etibarlı tərəfdaş ola bilməz.

Ermənistan, milli maraqları naminə beynəlxalq səviyyədə tanınanrazılaşmaları belə pozmaqdan çəkinmir.

Rəsmi İrəvan Ermənistan rəsmiləri beynəlxalq platformalarda sülhvə əməkdaşlıqdan danışmağı yaxşı bacarır, lakin daxildəki realsiyasət bu bəyanatlara tamamilə ziddir.

Nikol Paşinyan bu gün razılaşma imzalayır, sabah isə onu açıqşəkildə görməzdən gəlir. Bu, tərəfdaşlıq deyil, nəticəsi əvvəlcədənməlum olan bir lotereyadır.

Zəngəzur dəhlizi üzərində nəzarət hüquq deyil, məsuliyyətdir.Ermənistan isə bu məsuliyyəti daşımaq qabiliyyətində deyil.

Regional təhlükəsizlik və sabitlik, insan hüquqlarını vəbeynəlxalq öhdəlikləri sistematik şəkildə pozan bir ölkədən asılıola bilməz.

Dəhlizin gələcəyi – azad və maneəsiz tranzitdir. Burada siyasişantaja və etnik nifrətə yer yoxdur.

Ermənistan öz siyasətini köklü şəkildə dəyişməyib, mədəni vəmilli dözümsüzlükdən imtina etmədiyi müddətcə, bu ölkəyə stratejimarşrutların "etibarlı qoruyucusu" kimi etibar etmək sadəcəillüziyadır. Ermənistan bu rola hazır deyil. Və görünür ki, yaxıngələcəkdə də hazır olmayacaq.

Ermənistanın Zəngəzur dəhlizi üzərində nəzarətə layiq olmadığınıgöstərən kifayət qədər faktlar var. İnsan haqlarına hörmət etməyən,mədəni müxtəlifliyi qəbul etməyən və beynəlxalq öhdəliklərisistemli şəkildə pozan bir ölkənin, regional sabitlik vətəhlükəsizliyi təmin edə bilməyəcəyi açıq-aydın ortadadır. Busəbəbdən də, Zəngəzur dəhlizinin azad və təhlükəsiz tranzitmarşrutu kimi fəaliyyət göstərməsi üçün Ermənistanın bu prosesdəiştirakına güvənmək mümkün deyil.

İrəvanda baş verən hadisələr bir daha sübut etdi ki,Ermənistanın "demokratiya", "insan haqları" və "azadlıq" haqqındasəsləndirdiyi şüarlar sadəcə göz boyamaqdan başqa bir şey deyil. Buboş ritorikanın arxasında isə sərt etnosentrik siyasət gizlənir.Azərbaycanofobiya və türkfobiya Ermənistanda marjinal yanaşmalardeyil – bunlar dövlət ideologiyasının ayrılmaz hissəsidir. ƏgərErmənistan öz qonşularının sadə mədəni kimliyini belə qəbul edəbilmirsə, o zaman hansı sülhdən və sabitlikdən danışmaq olar?

Belə bir dövlətlə aparılan istənilən danışıqlar uğursuzluğaməhkumdur, çünki İrəvan sülhün əsas prinsipini – qarşılıqlıhörmətin vacibliyini – qəbul etmir. İnsanların sadəcə bir mahnıyagörə həbs olunduğu bir ölkədə uzunmüddətli birgəyaşayış xülyadanbaşqa bir şey deyil.

Bu insident açıq şəkildə göstərdi ki, Ermənistan müasirreallıqlara uyğunlaşmaq iqtidarında olmayan bir dövlətdir. Dünyadamədəni müxtəliflik və azadlıq dəyərləri ön plana çıxarkən,Ermənistan hələ də orta əsrlərə xas stereotiplərin əsiridir.

... Ermənistan öz keçmişinin tələsində qalıb. Mahnıdan qorxanbir ölkə gələcək qura bilməz. Terrorçuların xatirəsi sülhə olanistəkdən üstün tutulan bir ölkə təcridə məhkumdur. Və ErmənistandaAzərbaycan bayraqları yandırıldığı, insanlara musiqiyə görə təzyiqgöstərildiyi müddətcə, burada əsl demokratiya və sivilizasiyadandanışmaq mənasızdır.

Ermənistan nifrət yolunu seçdi.
Və bu yol uçuruma aparır.

Ermənistanda Qarabağ haqqında mahnı oxumaq cinayətdir, ammanasistlərin əlaltılarına və sadiq köpəklərinə abidə ucaltdırmaqnormadır.

İrəvanın siyasəti və mahiyyəti budur.

Seçilən
9
2
az.trend.az

3Mənbələr