"Ramiz Mehdiyevlə münasibətlərimiz o qədər normal, yolunda olmayıb".
Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu Milli Məclis üzvü Siyavuş Novruzov deyib.
Deputat qeyd edib: "Naxçıvanda uşaqdan böyüyə qədər hər kəs Heydər Əliyev siyasətini, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın siyasətini dəstəkləyir. Hamısı müsəlləh əsgərdir. Prezidentin bir işarəsi kifayətdir, başqa cür ola bilməz. Bunu başqa formada təqdim etmək istəyirdilər. Mən də o sözü istifadə etdim ki, bu, Prezidentin iradəsidir. Hər birimiz Prezidentin əsgəriyik.
Prezident sabah desə ki, get Sərhəd Qoşunlarında əsgər kimi xidmət et, edəcəyəm. Çünki biz bu yolu seçmişiksə, yolumuz budur. Bizim yol dəyişən vaxtımız xeyil. Milli Məclisdəki hamı haqqında bunu deyə bilmərəm, öz fikrimi deyirəm. O komanda ki var, Heydər Əliyev komandası. Həmin komandanın hər bir əsgəri bu gün Prezidentin siyasətinin dəstəkləyicisidir, yanındadır, onun arxasındadır və Prezidentdən ötrü ölümə getməyə hazırdır!"
S. Novruzov Ramiz Mehdiyevlə münasibətlərinə də aydınlıq gətirib:
"[Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin] həmişə iclaslarda müəyyən fikirlərinin əleyhinə çıxış edən mən olmuşam. Orada oturanların hamısı şahiddir ki, həmişə haqqı demişəm. Amma Ramiz Mehdiyevə mədhiyyə deyənlərin, şeir, qəzəl oxuyanların hamısı tamam kənarda qalıb, məni müzakirə edirlər. Ramiz Mehdiyevlə münasibətlərimiz o qədər normal, yolunda olmayıb. Sadəcə, paralel işləmişik".
Telegram kanalımız