AZ

Təyyarə qəzasında ölən 55 nəfərin qalıqları TAPILDI

Ajans.az xəbər verir ki, Vaşinqton Yanğın söndürmə və Fövqəladə Xidmətlər Direktoru John Donnelly, qəzada həyatını itirənlərin cəsədlərini tapmaq üçün Potomak çayında səylərin davam etdiyini açıqlayıb.

Qəzada həyatını itirən 67 nəfərdən 55-nin qalıqlarının tapıldığını və şəxsiyyətlərinin müəyyən edildiyini açıqlayan Donnelli həyatını itirən hər bir vətəndaşın cəsədi tapılana qədər işlərinə davam edəcəklərini vurğulayıb.

Paytaxt Vaşinqton yaxınlığında hava limanı yaxınlığında baş verən qəzada içərisində 60 sərnişin və 4 nəfərlik ekipajı olan sərnişin təyyarəsi və 3 hərbçini daşıyan hərbi vertolyot Potomak çayına düşüb və səlahiyyətlilər sağ qalanların olmadığını açıqlayıb. ABŞ prezidenti Donald Tramp qəzanın ehtimal olunan səbəbi ilə bağlı "Helikopter yanlış zamanda səhv yerdə olub" deyib.

 

Seçilən
15
Ajans.az

1Mənbələr