AZ

MİT Suriyada daha bir terror liderini məhv edib

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Ayn Əl Ərəb bölgəsində PKK/YPG terror təşkilatının liderlərindən olduğu iddia edilən Azad kod adlı Mahmut Ağcanı zərərsizləşdirib.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, Türkiyə kəşfiyyatı Mahmut Ağcanın 2015-ci ildən Türkiyədə terror aktları təşkil etdiyini müəyyən edib. 

Bildirilib ki, onlarla türk əsgər və polisinin şəhid olduğu aksiyaları təşkil edən Ağca MİT-in prioritet hədəfləri siyahısına salınıb.

“MİT kəşfiyyat şəbəkəsi sayəsində Ağcanın Ayn əl-Ərəbdə olduğunu müəyyən etdi. Buradakı evdə təşkilat iclasları keçirdiyi aşkarlanan Ağca yerində keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib”, - deyə vurğulanıb.

Qeyd olunub ki, MİT şəhidlərin qanını yerdə qoymur.

Daşqın HəsənovMissiya.Az

Seçilən
4
missiya.az

1Mənbələr