AZ

Xəzər dənizi üzərində PUA məhv edilib

Rusiya hava hücumundan müdafiə sistemləri (HHM) Xəzər dənizi üzərində Ukraynaya məxsus PUA-nı məhv edib. 

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Fevralın 3-də Moskva vaxtı ilə saat 07:50 radələrində növbətçi hava hücumundan müdafiə sistemləri Xəzər dənizi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib”, - deyə bildirilib.

Qeyd olunub ki, mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Vladiqafqaz, Qroznı və Mahaçqala hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
11
6
missiya.az

7Mənbələr