Həştərxan üzərində hava məkanının müntəzəm bağlı olması ilə əlaqədar AZAL dövlət aviaşirkəti uçuşların təhlükəsizliyi üçün Bakı–Həştərxan–Bakı marşrutu üzrə bütün reysləri qeyri-müəyyən müddətə dayandırır. Bu barədə fevralın 3-də AZAL Azərbaycan dövlət aviaşirkəti bildirib.
Bilet almış sərnişinlər ödədikləri vəsaiti tam şəkildə geri ala və ya istiqaməti dəyişə biləcəklər. Bundan ötrü aviaşirkətə elektron poçtla müraciət etmək lazımdır: [email protected].
Xatırladaq ki, son vaxtlar Rusiyanın Həştərxan, Volqoqrad və digər şəhərlərdəki hava limanları Ukrayna dronlarının hücumuna məruz qalıb.
Bundan əvvəl AZAL analoji səbəbdən Qroznı, Minvodı, Kazan, Samara, Ufa, Nijni Novqorod, Soçi , Mahaçqala və Vladikavkaz şəhərlərinə uçuşları dayandırıb.