AZ

Tiflisdə etiraz aksiyaları yenidən baş qaldırıb » AzadMedia.az



Tiflisdə parlament binasının yaxınlığında hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilib.
AzadMedia.az xəbər verir ki, Tiflisin mərkəzində, parlament binasının yerləşdiyi Rustaveli prospektində nəqliyyatın hərəkəti bağlanıb. Etirazçılar Yeni il bayramları da daxil olmaqla ardıcıl 61-ci dəfə toplaşıblar.
Parlamentdəki etirazçılara təxminən 2,5 km aralıda yerləşən Tiflis Dövlət Universitetinin binasından yürüş edən nümayişçilər də qoşulub.

Eyni zamanda, aksiya Batumidə keçirilir, onun iştirakçıları da təkrar parlament seçkilərinin keçirilməsini və son iki ayda saxlanılan etirazçıların azadlığa buraxılmasını tələb edirlər.
Ötən günki etirazlar son ayda keçirilən aksiyalar arasında miqyasca ən böyüyü olub.

Tiflisdə keçirilən aksiyada aralarında siyasi liderlər də daxil olmaqla azı 20 nəfər həbs edilib.
Əraziyə yüzlərlə polis səfərbər edilib.

Noyabrın 28-də Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkənin Aİ-yə üzvlük danışıqlarını dayandırdığını elan etdikdən sonra bütün ölkədə nümayişlər davam edir.

Noyabrda nümayişlər başlayandan onlarla etirazçı həbs edilib və onlara qarşı cinayət işi açılıb.

Seçilən
20
1
azadmedia.az

2Mənbələr