AZ

FTB əməkdaşları etiraz aksiyaları keçirməyi planlaşdırır

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları bazar ertəsi 2021-ci ilin yanvarında Kapitoliyə hücum işinə aidiyyəti olan şəxslərin işdən çıxarılmasına qarşı etiraz aksiyası keçirməyi planlaşdırırlar.

“Report” xəbər verir ki, bu barədə “Washington Times” qəzeti xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

"FTB agentləri təşviş içindədirlər. Vaşinqtondakı baş qərargahda, digər qərargahlarda keçmiş və hazırkı əməkdaşların etirazı planlaşdırma mərhələsindədir", - nəşr yazıb.

Daha əvvəl NBC telekanalı bildirmişdi ki, FTB-nin direktoru səlahiyyətlərini icra edən Brayan Driskol bu agentlərin işdən çıxarılmasında Ədliyyə Nazirliyinə kömək etməkdən imtina edib. B.Driskoldan Kapitoliyə hücum işi ilə bağlı araşdırmaya cəlb edilmiş bütün əməkdaşların siyahısını Ədliyyə Nazirliyinə təqdim etmək xahiş olunub. Buna cavab olaraq FTB rəhbəri vurğulayıb ki, bu siyahıya minlərlə əməkdaş, o cümlədən özü də daxil ola bilər.

Bununla belə, o, səkkiz yüksək vəzifəli agentin vəzifədən azad edilməsinə razılıq verib.

Qeyd olunub ki, öz mövqeyinə görə B.Driskolun vəziyyəti qeyri-sabitdir - onun səlahiyyət müddətinin sonuna qədər işləyə biləcəyi məlum deyil.

Seçilən
21
report.az

1Mənbələr