Dağıstanın lideri Sergey Melikov özünün Telegram kanalında Kaspiysk şəhərindəki obyektlər üzərində pilotsuz uçuş aparatları barədə məlumat verib.
Region rəhbəri qeyd edib ki, onların zərərsizləşdirilməsi üçün bütün lazımi tədbirlər görülür. Məlikov vurğulayıb ki, heç bir dağıntı qeydə alınmayıb və itki yoxdur. O, həmçinin bildirib ki, bütün dövlət qurumları operativ qərargah rejimində işləyir. Dağıstan rəhbəri əlavə edib ki, lazım gələrsə, bütün dəyişikliklər elan olunacaq.
Respublika rəhbəri dağıstanlıları və qonaqları sakit və ağıllı olmağa, şayiələrə inanmamağa, yalnız rəsmi mənbələrə etibar etməyə çağırıb. Bundan əlavə, o, qeyri-qanuni məlumatları yaymamağa çağırıb. Məlikov əlavə edib ki, bura hadisə yerindən foto və videolar da daxildir.
//Samir Qurbanov, Editor.az