AZ

2025-ci ilin sonuna qədər Ukraynada prezident seçkilərinin keçirilməsi qaçınılmazdır: siyasi və hüquqi əsaslar

“Ukraynada prezident seçkilərinin keçirilməsi üçün hüquqi və siyasi əsaslar var.  Hüquqi əsas ondan ibarətdir ki, Volodimir Zelenski Konstitusiyada nəzərdə tutulmuş 5 ildən artıq müddətdə hələ hakimiyyətdə qalıb və bu, onun üçün qeyri-legitimlik problemi yaradır. Bu qeyri-legitimlik müzakirələrinin dayandırılması üçün Konstitusiyada nəzərdə tutulmuş qrafiklərə uyğun yeni seçkilərin keçirilməsinə ehtiyac var. İkincisi isə Ukraynada prezident seçkilərinin keçirilməsinin siyasi əsası isə ondan ibarətdir ki, Ukrayna ilə bağlı həm Rusiya siyasətini dəyişməyə meyillidir, həm də Qərbdə xüsusilə də ABŞ-nın Ukrayna siyasətinin dəyişdirilməsi mövzusunda müəyyən güzəştlərə gedəcəyi ilə bağlı söhbətlər var. Baxmayaraq ki, ABŞ-ın siyasətinin dəyişəcəyi güman edilmir. Ancaq hər bir halda bu fikirlər Ukraynada prezident seçkilərinin yenidən keçirilməsini zəruri edir”.

Bunu Editor.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Siyasi şərhçi bildirib ki, Ukrayna prezidentinin dəyişdirilməsi Rusiyanın yox, Qərbin mövqeyindən aslı olan məsələdir:

“Çünki Rusiya rəhbərliyi Zelenskini legitim prezident hesab etmədiyinə görə, onunla saziş imzalamaq istəmədiyini bəyan edib. Ukraynada yeni seçkilərin taleyini qərb ölkələri həll edə bilər. Ona görə ki, Ukrayna qərbin birbaşa dəstəklədiyi bir dövlətdir. Əgər qərb ölkələri hesab etsələr ki, Ukrayna siyasətində prinsipial olaraq dönüş edilməli və hansısa şərtlərlə hətta məğlubiyyət belə olsa,.sülh sazişinin imzalanmasına artıq ehtiyac var, o zaman Zelenski dəyişdiriləcək. Çünki Ukrayna üçün sülh taktiki seçilibsə, ona imza atacaq yeni prezidentə ehtiyac yarana bilər. Ancaq  hələ ki Ukraynada müharibənin yekunlaşma perspektivləri müşahidə edilmir. Hələ ki müharibənin davam etdirilməsi ən real variantdır. Ona görə də Zelenskinin dəyişdirilə biləcəyi güman edilmir. 2025-ci ilin sonuna qədər Ukraynada prezident seçkilərinin keçiriləcəyi qaçınılmazdır”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
15
editor.az

1Mənbələr