AZ

Ermənistan ABŞ-nin Almaniyadakı hərbi bazasında keçirilən çoxmillətli təlimlərə qatılıb

Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlıq çərçivəsində Ermənistan Müdafiə Nazirliyinin Hərbi Tibbi Təminat İdarəsinin səhra mobil hospitalı Almaniyanın Hohenfels şəhərində yerləşən ABŞ hərbi bazasında keçirilən “Birgə Həll 2025” çoxmillətli hərbi təlimlərdə iştirak edir. 

Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistan Müdafiə Nazirliyinin tibb işçiləri və ABŞ Milli Qvardiyasının təlimlərdə iştirak edən tərəfdaşları yaralıların birgə müayinəsini aparır, onlara təcili tibbi yardım göstərir, cərrahi müdaxilə edir və çətin şəraitdə tibbi evakuasiyanı təşkil edib.

Qeyd olunub ki, təlimlərin məqsədi xəstəxana personalının hazırlıq səviyyəsinin yüksəldilməsi, real şəraitə yaxın şəraitdə işin təşkili üzrə peşəkar bacarıqların təkmilləşdirilməsi və çoxmillətli mühitdə tibbi yardımın təşkili səviyyəsinin maksimum artırılmasıdır.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
13
missiya.az

1Mənbələr