AZ

Erməni hərbi həkimlər Almaniyadakı ABŞ bazasında təlimlərə qatılıb

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin səyyar hospitalının hərbçiləri Ermənistan-Amerika əməkdaşlığı çərçivəsində Almaniyada keçirilən “Birgə qərar 2025” çoxmillətli təlimlərində iştirak edirlər.

Herbiand.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verib.

Təlimlər Almaniyanın Hoffenhaym şəhərindəki ABŞ bazasında keçirilir.

Hərbi hospitalın şəxsi heyəti ABŞ Milli Qvardiyasından olan həmkarları ilə birlikdə ağır şəraitdə yaralıların triajı, təcili yardım, cərrahi müdaxilə və sonrakı qayğı üçün evakuasiyanı həyata keçirib.

Təlimlərin məqsədi xəstəxana personalının bacarıqlarının artırılması, çətin şəraitdə işin səmərəliliyinin artırılması və çoxmillətli mühitdə tibbi yardımın göstərilməsində qarşılıqlı fəaliyyətin praktikasıdır.

Seçilən
15
1
herbiand.az

2Mənbələr