AZ

ADY Ayan Nəcəfə "yox" dedi

Məşhur PR menecer Ayan Nəcəf “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Kommunikasiya departamentinin müdiri vəzifəsinə namizədliyini irəli sürüb.

 

Pravda.az-ın xəbərinə görə, rəhbərlik ona imtina cavabı verib.

 

Əməkdaşımız məsələni aydınlaşdırmaq üçün A.Nəcəflə əlaqə yaratmağa çalışsa da, mobil nömrəsinə zəng çatmayıb.

 

Qeyd: A.Nəcəf 2023-cü ilə qədər Dövlət Neft Fondunun İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru və mətbuat katibi, sonra isə Azərbaycan Cüdo Federasiyasının Marketinq və Kommersiya məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. Onun ADY-də namizədliyini irəli sürdüyü vəzifəni isə fevralın 3-dək Aybəniz İsmayılova tuturdu.

 

Aytəkin Qardaşova 

Tarix: 3 Fevral 2025, 12:29   
Seçilən
28
2
pravda.az

3Mənbələr