"Həkimlərin reklamı və həkimlərin sponsor kimi çıxış etməsi qadağan edilməlidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Deputat təklif edib ki, "Reklam haqqında" qanuna dəyişiklik edilsin: " Qanunda tibbi xidmətdə nələri reklam etmək olar, nəyi yox, müəyyənləşsin. Bütün dünyada həkimi şəxs olaraq, reklam etmək qadağandır. Bizdə də qadağan olunmalıdır".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31