Milli Məclisin plenar iclasında Reklam haqqında qanuna dəyişiklik edilməsi təklif olunub.
Modern.az-ın məlumatına görə, sözügedən təkliflə deputat Musa Quliyev çıxış edib.
O bildirib ki, tibbi xidmətlərin reklam edilməsinin əleyihinə deyilik.
"Amma tibbi etika qorunmalıdır. Plastik cərrahiyyə, mədəkiçiltmə reklamları son dövrlər baş verən əməliyyatlarda ağırlaşmalara, ölümlərə təsir edir. Həkimi şəxs olaraq reklam etmək praktikası dünyanın heç yerində yoxdur. Bir nömrəli həkim, dünyaca məşhur həkim kimi təqdim etmək doğru deyil. Reklam haqqında qanuna dəyişiklik edilsin. Nəyi reklam etmək olarsa, təsbit olunsun. Şəxsi reklam etmək, xəstəxananın sponsor olması dünyanın hər yerində qadağandır. Bizdə də qadağanm olunmalıdır", - deputat qeyd edib.