2024-cü il ərzində ölkənin kimya sənayesi istehsalı sahəsində 652,4 min ton gübrə və azot birləşmələri istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 43,8 faiz və ya 198,7 min ton çoxdur.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin noyabr ayı ilə müqayisədə dekabrda istehsal həcmində 0,2 faiz artım qeydə alınıb. Dekabr ayında 60,4 min ton gübrə və azot birləşmələri istehsal olunub. Bu ilin yanvar ayının 1-nə hazır məhsul ehtiyatı 74,5 min ton təşkil edib.