"Daxili Qoşunlar (DQ), Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçilərinə 20 il qüsursuz xidmət etsələr də, mənzil verilmir".
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdət Həsənquliyev bugünkü plenar iclasda səsləndirib.
O bildirib ki, ancaq Azərbaycan Ordusunda xidmət keçənlərə bu mənzillər verilir:
“Deputatlara DSX və DQ hərbçiləri bununla bağlı müraciət edirlər. Hərbçi hərb peşəsini seçdikdə onunla əmək müqaviləsi imzalanmalıdır. Problem yarandıqda məhkəməyə müraciət etsinlər. O bilməlidir ki, əməkhaqqı necə indeksləşdiriləcək, sığorta pulu kimə veriləcək. Bizim daxili nizamnamənin 39-cu maddəsinə görə, dövlət sirri təşkil edən məlumatlar göndərilmir. Bəs biz büdcə xərclərinin icrasına necə nəzarət edə bilərik? Dövlət idarəetməsinə şəffaflığın artırılması üçün yeni qanunu qəbul etməliyik".