Moskvada “Al yelkənlər” yaşayış kompleksində baş verən partlayış Donetsk Boks Federasiyasının rəhbəri və “Arbat” batalyonunun yaradıcısı Armen Sarkisyana qarşı sui-qəsd cəhdi ilə bağlı ola bilər.
Herbiand.az Rusiya mediasına istyinadən xəbər verir ki, Sarkisyan ağır yaralanıb və reanimasiyaya yerləşdirilib.
Partlayış o, mühafizəçilərin müşayiəti ilə zaldan keçərkən baş verib.
Rəsmi məlumatlara görə, yaşayış kompleksində baş verən partlayışda ölən şəxsin kimliyi hələ müəyyən edilməyib – onun üzü ciddi zədələnib.
Politoloq Dmitri Nikotinin Telegram kanalında yazdığına görə, qurbanlar arasında Armen Sarkisyanın mühafizəçisi Oleq Kaspiroviç də var. Əvvəllər o, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Krım Ərazi Komandanlığının əlahiddə xüsusi təyinatlı dəstəsinin komandirinin müavini olub.
Armen Qorlovski kimi tanınan 46 yaşlı Sarkisyan Qorlovkada “DXR” döyüşçülərin təlimi ilə məşğul olub.
Bundan əvvəl Sarkisyana Ukrayna Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlar aparan qanunsuz silahlı birləşmələrdə iştirak etmək ittihamı irəli sürülüb. O, Ukraynada axtarışa verilib.
Sarkisyan əvvəllər Ukrayna vətəndaşı olub.