AZ

İmişlidə təbiətə 62 min manatdan çox ziyan vurulması müəyyən edilib

Bakı. Trend:

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsindəRespublikanın 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlıaraşdırma aparılıb.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatverilib.

Araşdırmalar zamanı Bakı şəhəri, Xəzər rayonu, Ramanaqəsəbəsində, Abşeron rayonunun Xırdalan şəhəri, Samux rayonununAlıuşağı kəndi və İmişli rayonunun Sarıxanlı kəndində meşə fondunadaxil olmayan 360 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsindətəbiətə 62 min manatdan çox ziyan vurulması müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 188.2 (qanunlamüəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadantorpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləriniaparma), 259.1 və 259.2.4-cü (ağacların, kolların və ya digəryaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli və küllimiqdarda ziyan vurduqda) maddələri ilə cinayət işləri başlanaraqibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlərorqanlarına göndərilib.

Məqalədə:
Seçilən
8
10
az.trend.az

10Mənbələr