Türkiyənin Tekirdağ şəhərində dərman fabrikində kimyəvi maddələrin qarışmasından sonra partlayış baş verib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcili yardım maşınlarında 6 işçiyə tibbi yardım göstərilib, polis hadisə ilə bağlı araşdırma aparır.
İddiaya görə, istehsal bölməsində kimyəvi maddələrin qarışdırılması zamanı baş verən partlayışdan sonra işçilər çölə axışıb, hadisə yerinə xilasetmə qrupları sövq edilib.
Mikayıl