AZ

Tbilisidə onlarla etirazçı saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları fevralın 2-də Tbilisinin girişində keçirilən aksiyada 31 nəfəri inzibati qaydada saxlayıblar. Bu barədə xarici KİV nazirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.


Qeyd olunub ki, saxlanılanların hamısı kiçik xuliqanlıqda və polisə tabe olmamaqda ittiham olunur. Onlardan bəziləri, o cümlədən müxalifətdə olan “Axali” partiyasının liderlərindən biri Nika Melia artıq zaminə buraxılıb. Saxlanılanların məhkəməsi daha sonra keçiriləcək.


Xatırladaq ki, müxalifət partiyalarının nümayəndələri, onların tərəfdarları və vətəndaş fəalları fevralın 2-də “Tbilisi Mall” ticarət mərkəzində etiraz aksiyası keçirərək, yolu bağlamağa cəhd ediblər. Təhlükəsizlik qüvvələri yolun bağlanmasının qarşısını alıb. Bu, etirazçıların hiddətinə səbəb olub və onlar hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlbəyaxa davaya başlayıblar. Daha sonra etirazçılar Tbilisinin mərkəzində, Rustaveli prospektində yerləşən parlament binasına doğru yürüş ediblər.

Seçilən
13
1
news365.az

2Mənbələr