Tayvanın baş naziri Uilyam Lai Pekini qarşıdurma əvəzinə dialoqa çağırıb. O, əmindir ki, tərəflər beynəlxalq arenada “çoxsaylı dəyişikliklər” kontekstində “yüksək keyfiyyətli dialoqu davam etdirməlidir”.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, Tayvan liderinin fikrincə, buna yalnız suveren bərabərlik prinsipinə əməl olunarsa nail olmaq olar.
"Buna görə də, biz, xüsusən də beynəlxalq münasibətlərdə çoxlu dəyişikliklər kontekstində, sülhə nail olmaq üçün Tayvan boğazı boyunca yüksək keyfiyyətli dialoq və mübadilələri davam etdirməliyik" - deyə, "Reuters" ondan sitat gətirib.