Fransada RN90 magistral yoluna üç böyük qaya parçası düşüb.
Fransanın cənub-şərqindəki Savoya departamentində qayaların magistral yola düşməsi nəticəsində 1000-dən çox insan tıxacda qalıb.
Operativ Media xəbər verir ki, bununla bağlı Fransa KİV məlumat yayıb.
Yerli KİV-in məlumatına görə, dünən ölkənin Savoya əyalətindəki istirahət mərkəzlərinə çıxışı təmin edən RN90 magistral yoluna üç böyük qaya parçası düşüb. Nəticə mindən çox insan tıxacda qalıb.