AZ

Moskvadakı partlayış yerindən görüntülər yayıldı - VİDEO

Xəbər verdiyimiz kimi Rusiyada güclü partlayış baş verib. Rusiya İstintaq Komitəsi Moskvanın elit “Alıe Parusa” yaşayış kompleksində baş verən partlayışla bağlı yeni görüntülər yayıb.

Görüntülərdə sınmış şüşələr və giriş qapıları, zədələnmiş konsyerj masası əks olunub.

Qeyd edək ki, Moskvanın Aviaçionnaya küçəsində yerləşən “Alıe Parusa” elit yaşayış kompleksində partlayış fevralın 3-də səhər saatlarında baş verib. Partlayış 1-ci mərtəbədəki zalda tavanı qoparıb.

SHOT kanalındakı mənbənin sözlərinə görə, partlayıcı qurğu tavanın altına qoyulub. Partlayış bir neçə nəfərin yaşayış kompleksinin çıxışına doğru dəhlizdən keçərkən baş verib.



Tural

Seçilən
8
news365.az

1Mənbələr