Bakı, TurkicWorld
Əhməd Şəraa Prezident elan edildikdən sonra Suriya Prezidentliyinin rəsmi X hesabı heç bir səbəb göstərilmədən dayandırılıb.
TurkicWorld xəbər verir ki, qalmaqallı qərardan sonra platformanın sahibi amerikalı milyarder İlon Mask kəskin reaksiyalarla üzləşib.
Bu hadisə Maskın "söz azadlığı" mövzusundakı əvvəlki açıqlamaları ilə bir ziddiyyət kimi görünür. X-in bu qərarının arxasında konkret hansı səbəblərin dayandığı hələ açıqlanmayıb, lakin bunun siyasi təsirlər və ya beynəlxalq təzyiqlərlə bağlı ola biləcəyi ehtimal edilir.
Hadisələrdən sonra xüsusilə suriyalılar İlon Maska qarşı linç kampaniyasına başlayıblar.
Xatırladaq ki, Elon Musk daha əvvəl senzuranın əleyhinə olduğunu bildirmişdi.
Ona görə də Suriya Prezidentinin hesabının dayandırılması Maskın əvvəlki açıqlamaları ilə ziddiyyət kimi qiymətləndirilir.