Uşaq və Qadın Qaynar Xətt Xidməti psixoloji dəstəyə ehtiyacı olan uşaqlara, gənclərə və qadınlara kömək etmək istəyən könüllü psixoloqları təcrübə proqramına dəvət edir.
QHT.az xəbər verir lki, əgər siz bu sahəyə maraq göstərir və sosial məsuliyyətinizi artırmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın.
Kimlər müraciət edə bilər?
- Psixologiya üzrə minimum bakalavr təhsili olanlar;
- Uşaqlar, gənclər və qadınlarla işləmək bacarığına malik olanlar;
- Empatiya və aktiv dinləmə bacarığı olanlar;
- Məsuliyyətli və intizamlı şəxslər;
- Uşaqların və qadınların psixoloji rifahı haqqında məlumatlı olanlar.
Siz nə əldə edəcəksiniz?
- Uşaqların və qadınların həyatında müsbət dəyişiklik yaratmaq imkanı;
- Peşəkar inkişafınızı dəstəkləyəcək təlimlər və mentorluq;
- Sosial məsuliyyət layihəsində iştirak edərək real təcrübə qazanmaq şansı.
QEYD: Yeni məzunlara üstünlük veriləcək!
Müraciət qaydası:
CV-nizi və motivasiya məktubunuzu [email protected] ünvanına göndərin. Birlikdə daha güclü bir gələcək üçün töhfə verək!