AZ

“Arbat” batalyonun erməni yaradıcısı partlayışa düşüb

Tanınmamış Donetsk Respublikasının Boks Federasiyasının prezidenti, “Arbat” batalyonunun yaradıcısı Armen Sarkisyan Moskvada yaşayış kompleksində baş verən partlayış nəticəsində həlak olub.

AzNews.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları yazır.

Erməni mediası bildirir ki, hazırda müvafiq məlumatın başqa təsdiqi yoxdur.

Lenta.ru-nun məlumatına görə isə, o, sağdır, ancaq yaralanıb.

Rusiyanın Teleqram kanallarının məlumatına görə, partlayış Moskvada yaşayış kompleksində baş verib. Rusiya paytaxtının İstintaq Komitəsinin müstəntiqləri və kriminal ekspertləri əməliyyat xidmətləri ilə birlikdə hadisə yerinə baxış keçirirlər.

“İlkin məlumatlara görə, Aviatsonnaya küçəsində yerləşən yaşayış kompleksinin 29 mərtəbəli binasının foyesində naməlum qurğu partlayıb”, - deyə Moskvanın fövqəladə hallar xidmətinin nümayəndəsi RİA Novosti-yə bildirib.

Seçilən
30
aznews.az

1Mənbələr