AZ

Fidan iordaniyalı həmkarı ilə Suriya və Fələstini müzakirə edib

Türkiyə xarici işlər naziri Hakan Fidan İordaniyanın xarici işlər naziri Ayman əs-Səfədi ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS-a Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

"Xarici işlər naziri Hakan Fidan fevralın 3-də İordaniyanın xarici işlər naziri Ayman əs-Səfədi ilə telefon danışığı aparıb. Tərəflər ikitərəfli məsələləri, eləcə də Suriyadakı vəziyyət və Fələstində baş verənləri müzakirə ediblər",- deyə məlumatda qeyd edilib.

Seçilən
14
operativmm.az

1Mənbələr