Bakı. Trend:
Ötən il ərzində Azərbaycanda fəaliyyət göstərən sığortaşirkətləri tərəfindən daşınmaz əmlakın icbari sığortası üzrəyığımların həcmi 82 milyon 699 min manata çatıb.
Trend bubarədə Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata görə, bu sığorta növü üzrə toplanmış sığorta haqqından3 milyon 310 min manat sığorta ödənişi edilib. Edilən sığortaödənişləri toplanmış sığorta haqqından 79 milyon 389 min manat vəya 25 dəfə 25 dəfə çox olub.
Ötən il daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar əvvəlkiillə müqayisədə 4 milyon 498 min manat və ya 5,8% artıb. Bu sığortanövü üzrə ödənişlər isə illik müqayisədə 2 milyon 416 min manat,yaxud da 42,2% azalıb. Belə ki, 2023-cü ildə daşınmaz əmlakınicbari sığortası üzrə yığımların həcmi 78 milyon 201 min manat,ödənişlərin həcmi isə 5 milyon 726 min manat olub.
Qeyd edək ki, ötən il ərzində Azərbaycanda sığorta yığımlarınınümumi həcmi 1,3 milyard manat təşkil edib. Bu, 2023-cü ildəkigöstəricilərlə müqayisədə 130,6 milyon manat və ya 10,7% çoxdur.Hesabat dövründə sığorta şirkətlərinin etdiyi ödənişlərin ümumihəcmi isə 752,7 milyon manat olub ki, bu da illik müqayisədə 165,4milyon manat və ya 28,1% artım deməkdir.