"Fikrimdə Stand Up məktəbi açmaq var".
News24.az xəbər verir ki, bu sözləri sevilən aktyor Fərda Amin "Səhnə adamı" yutub layihəsində deyib.
Onun sözlərinə görə, bunun üçün əvvəlcə Stand Up-u dəb halına gətirmək lazımdır:
"Sosial şəbəkələrdə zövqlü yumor Stand Up formatında olmalıdır. Gənclər öz ideyalarını çəkməlidir, yaratmalıdır. Bundan sonra istədiyimiz nəticəni əldə edə bilərik".
Ağa Dadaşzadə