AZ

Məşhur aktyor onları hədəf aldı: “Sonradan qoşulanlar...”

Ötən gün aktyor Fərda Amin “YouTube”-da yayımlanan “Səhnə Adamı” verilişində diqqətçəkən açıqlamalar verib. 

“Cebheinfo.az” xəbər verir ki, aktyor yayımda olmadığı zaman bərbad filmlərin nümayişə çıxdığı və tamaşaçıların bir hissəsinin kinoteatrlardan küsdüyünü bildirib. Fərda Amin açıqlamasında  deyib:

““Ögey Ata” ilk dəfə kinoteatrlarda verilən kommmersiya filmidir. Bizim millətin qadasını alım, Fərdasevərlərin ora axını oldu, onda bizim film sektoru ayıldı ki, bizim kinoya baxırmışlar ki... Təkcə rəzil bir verilişdən ibarət deyilmiş, bizdə də istedadlı uşaqlar varıymış. Bu, nə kinodur belə? Ondan sonra bir yerə yığışdılar. Haradasa pul olanda, başı çıxan-çıxmayan ancaq pul olan tərəfə hücum çəkir axı. 

Ondan sonra “Xoxan”, “Oğlan Evi” yarandı. Bütün yaradıcı heyətin hamısını salamlayıram. Söhbət sonradan qoşulanlardan gedir ki, ora axın oldu. Düzdür, bu möhtəşəmlik, tamaşaçıların kinoteatra axını 3 il davam etdi,. Amma çox ucuz şeylər də çəkdilər. Biz yayımda olmayanda çox bərbad filmlər də çıxdı. 

Tamaşaçılarımızın bir hissəsini kinoteatrlardan küsdürdülər. Yeni bir mərhələ olacaqmı? Mən söz verirəm ki, olacaq”. 

Seçilən
12
cebheinfo.az

1Mənbələr