AZ

Trampın rüsumları əks-təsir verdi: Amerikalılar indidən "ağrı hiss edirlər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Trampın Meksika və Kanadadan olan mallara tətbiq etdiyi yeni rüsumlar qüvvəyə minməmiş Birləşmiş Ştatların vətəndaşları bu qərarın "ağrısını hiss etməyə" başlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Nəşr xatırladıb ki, D.Tramp fevralın 2-də yeni tariflərin ölkə sakinlərinə "müəyyən ağrı" verə biləcəyi ilə razılaşıb, lakin yeniliyin nəticədə "qızıl əsrə" gətirib çıxaracağı fikrində qalıb.
Qəzetin yazısında deyilir: "Onun parlaq gələcək vəd etməsi çox xoş idi, çünki ağrı artıq hiss olunur, rüsumlar isə yalnız çərşənbə axşamı qüvvəyə minəcək".
Qeyd edək ki, keçən həftə D.Tramp Kanada, Meksika və Çindən malların idxalına əlavə rüsumlar tətbiq edən fərman imzalayıb. Çin üçün rüsumlar 10%, Kanada və Meksika üçün 25% təşkil edir.
Seçilən
18
50
oxu.az

10Mənbələr