Bakı. Trend:
Ötən il Azərbaycandan Rusiya Federasiyasına 1.2 milyard ABŞdolları, Türkiyəyə 542,3 milyon ABŞ dolları, Gürcüstana 272,4milyon ABŞ dolları, İsveçrəyə 220,4 milyon ABŞ dolları, ABŞ-a isə134,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid malixrac olunub.
Trend xəbərverir ki, bu barədə İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinin (İİTKM) 2024-cü ilin yanvar-dekabr ayları üzrə “İxracicmalı”nda qeyd olunub.
Məlumata görə, 2024-cü ilin dekabr ayında ixrac edilmişqeyri-neft sektoruna aid malların siyahısında xurma (27,1 milyonABŞ dolları) birinci, tomat (pomidor) (20,1 milyon ABŞ dolları)ikinci, qızıl (19,5 milyon ABŞ dolları) üçüncü olub.
Ötən ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox malixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (94.2 milyonABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (35.2 milyonABŞ dolları) ikinci, İsveçrə (26.8 milyon ABŞ dolları) üçüncüolub.
2024-cü ilin yanvar-dekabr ayları üzrə hazırlanmış qeyri-dövlətixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlərtəmsil olunublar: “MKT İstehsalat Kommersiya” MMC, “Silk Vey VestAviaşirkəti” MMC, “ASG Business Aviation” MMC, “Baku Steel Company”QSC, Süleymanova Göhər Süleyman qızı, “Azərbaycan İnterneyşnlMayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakınümayəndəliyi, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC,"Tabaterra" QSC, “Khan-El” MMC, “Atena” Məhdud MəsuliyyətliCəmiyyəti.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edəndövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinqvə İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra busiyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC,“AzerGold” QSC, “Azəralüminium” MMC, “Azərenerji” ASC, “AzərpambıqAqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC,Naxçıvan MR Dövlət Energetika Xidməti, “Suraxanı Maşınqayırmazavodu” ASC, “Azəripək” MMC.