AZ

ABŞ-da helikopter və təyyarə qəzasında ölənlərin qalıqları tapılıb

Bakı, TurkicWorld

ABŞ-ın səlahiyyətliləri sərnişin təyyarəsi ilə hərbi helikopterin havada toqquşması nəticəsində ölən 67 nəfərdən 55-nin qalıqlarının tapıldığını və şəxsiyyətlərinin müəyyən edildiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Vaşinqton Yanğınsöndürmə və Fövqəladə Xidmətlər Direktoru Con Donnelli bildirib ki, Potomak çayında qəzada ölənlərin cəsədlərinin axtarışı davam edir.

Qəzada həyatını itirən 67 nəfərdən 55-nin qalıqlarının tapıldığını və şəxsiyyətlərinin müəyyən edildiyini açıqlayan Donnelli, həyatını itirən hər bir vətəndaşın cəsədi tapılana qədər işlərinə davam edəcəklərini vurğulayıb.

Qeyd edək ki, ABŞ Federal Aviasiya İdarəsi verdiyi yazılı açıqlamada yanvarın 29-da Ronald Reyqan hava limanı yaxınlığında American Airlines təyyarəsi ilə "Black Hawk" hərbi helikopterinin toqquşduğunu açıqlayıb. Paytaxt Vaşinqton yaxınlığında hava limanı yaxınlığında baş verən qəzada içərisində 60 sərnişin və 4 nəfərlik ekipajı olan sərnişin təyyarəsi və 3 hərbçini daşıyan hərbi vertolyot Potomak çayına düşüb və səlahiyyətlilər sağ qalanların olmadığını açıqlayıb.

ABŞ prezidenti Donald Tramp qəzanın ehtimal olunan səbəbi ilə bağlı , "Helikopter yanlış zamanda səhv yerdə olub. Təəssüf ki, sağ qalan olmayıb"- deyərək, qəzanın böyük faciə olduğunu bildirib.

Seçilən
9
turkic.world

1Mənbələr